
Qızılın qiyməti 4900 dolları keçdi
Fins.az - Qızılın qiyməti ticarət zamanı bir unsiya üçün 4900 dolları ötərək son bir ayın ən yüksək səviyyəsinə çatıb.
Comex birjasında iyun fyuçersləri 1,6% artaraq 4888 dollar səviyyəsində ticarət olunub, gün ərzində isə qiymət 4917,7 dollaradək yüksəlib.
Eyni zamanda gümüş 4,3%, platin isə 1,1% bahalaşıb.
Qiymət artımı Yaxın Şərqdə münaqişənin yumşalması və Hörmüz boğazı vasitəsilə daşımaların daha sabit olacağı ilə bağlı gözləntilərlə əlaqələndirilir.