Qırğızıstan 2025-ci ildə mənzil tikintisinə 2 milyard dollar investisiya yatırıb - Qırğızıstan Prezidenti

Qırğızıstan 2025-ci ildə mənzil tikintisinə 2 milyard dollar investisiya yatırıb - Qırğızıstan Prezidenti

DÜNYA
281

2025-ci ildə Qırğızıstanda ümumilikdə 1,8 milyon kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib, sektora yönəldilən investisiyaların həcmi isə təxminən 2 milyard dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə Sadır Japarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində təşkil olunan Liderlər Sammitində çıxışı zamanı məlumat verib.

Prezident bildirib ki, WUF13 şəhərləşmə, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və mənzil əlçatanlığı kimi qlobal məsələlərin müzakirəsi üçün unikal platforma rolunu oynayır.

Sadır Japarov qeyd edib ki, Qırğızıstan dağlıq ölkə kimi dağ regionlarının dayanıqlı inkişafına xüsusi önəm verir. Onun sözlərinə görə, dağlar yalnız 1,1 milyard dağ sakininin həyatını dəstəkləmir, həm də ətraf ərazilərdə yaşayan milyardlarla insan üçün mühüm ekoloji və iqtisadi resurs rolunu oynayır.

Prezident dağ şəhərlərinin inkişafı üçün üç əsas istiqaməti diqqətə çatdırıb. Birinci istiqamət ekosistemlərin dayanıqlığıdır və bu çərçivədə buzlaqların əriməsi nəticəsində su ehtiyatlarının azalmasına uyğunlaşma və suya qənaət texnologiyalarının tətbiqi vacib hesab olunur.

İkinci istiqamət bələdiyyə xidmətlərinin, nəqliyyatın və enerji sistemlərinin rəqəmsallaşdırılmasıdır. Bu yanaşma dağlıq ərazilərə uyğun ağıllı texnologiyaların inkişafını nəzərdə tutur.

Üçüncü istiqamət isə insan kapitalı və mədəni irsin qorunmasıdır. Buraya təhsil və sosial infrastrukturun inkişafı, eləcə də turizm potensialının gücləndirilməsi daxildir.

Sadır Japarov əlavə edib ki, əlçatan, təhlükəsiz və keyfiyyətli mənzil təminatı bu gün dünyanın əsas çağırışlarından biridir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakı şəhərində keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qırğızıstan 2025-ci ildə mənzil tikintisinə 2 milyard dollar investisiya yatırıb - Qırğızıstan Prezidenti — Fins.az — Fins.az