
Qətərdə iri LNG zavodunda partlayış baş verib
Fins.az - Qətərndə yerləşən Ras Laffan sənaye kompleksində baş verən partlayış nəticəsində 50-dən çox insan xəsarət alıb, 18 nəfər isə itkin düşüb.
Məlumata görə, hadisə ölkədaxili bazara xidmət göstərən Barzan obyektində texniki nasazlıq səbəbindən, zavodun yenidən işə salınması prosesində baş verib.
Qətər Daxili İşlər Nazirliyi bildirib ki, partlayışdan sonra ictimai təhlükəsizlik üçün risk yarada biləcək hər hansı qaz və ya digər təhlükəli maddə sızması qeydə alınmayıb.
Hazırda xilasetmə qrupları itkin düşən şəxslərin axtarışını davam etdirir, hadisənin səbəbləri isə araşdırılır.