
Qazaxıstan–Özbəkistan yükdaşımaları rekord səviyyəyə çatıb
Fins.az - 2025-ci ildə Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə – 32,3 milyon tona çatıb. Bu göstərici 2024-cü illə müqayisədə 16 faiz artım və son 10 ilin ən yüksək nəticəsidir. Qazaxıstanın ixracı 13 milyon ton (+8,5%), Özbəkistana taxıl daşımaları isə 4,5 milyon tonu keçərək 32 faiz artıb.
2026-cı ilin ilk iki ayında yükdaşımalarının həcmi 6,6 milyon ton təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 37,5 faiz çoxdur. Tərəflər ilin sonuna qədər yükdaşımalarının daha da artacağını proqnozlaşdırırlar. Görüş zamanı sərhəd dəmir yolu infrastrukturunun inkişaf perspektivləri də müzakirə olunub.