Qazaxıstanda yeni parlamentə seçkilər avqustda keçiriləcək

Qazaxıstanda yeni parlamentə seçkilər avqustda keçiriləcək

DÜNYA
414

Fins.az - Qazaxıstanda yeni birpalatalı parlamentə – qurultaya seçkilərin bu ilin avqust ayında keçirilməsi planlaşdırılır.

Bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev Astanada alimlərlə görüşü zamanı məlumat verib. Onun sözlərinə görə, Konstitusiya qüvvəyə mindikdən dərhal sonra seçkilərin keçirilməsi ilə bağlı fərman imzalanacaq.

Prezident bildirib ki, seçki tarixinin əvvəlcədən açıqlanması siyasi partiyaların seçki kampaniyasına daha yaxşı hazırlaşmasına və planlaşdırma imkanlarının genişlənməsinə şərait yaradacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstanda yeni parlamentə seçkilər avqustda keçiriləcək — Fins.az — Fins.az