
Qazaxıstanda referendumda iştirak 19,21 faiz olub
Fins.az - Qazaxıstanda yeni Konstitusiya üzrə ümumrespublika referendumunda vətəndaşların iştirakı yerli vaxtla saat 10:00-a 19,21 faiz və ya 2 milyon 393 min 844 nəfər təşkil edib.
Səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə keçirilir və saat 20:00-dək davam edəcək.
Referendum iştirakçılarının siyahısına 12 milyon 461 min 796 vətəndaş daxil edilib.