Qazaxıstanda pensiyaların azaldılması ilə bağlı iddialar təkzib edilib

Qazaxıstanda pensiyaların azaldılması ilə bağlı iddialar təkzib edilib

DÜNYA
276

Fins.az - Qazaxıstanda pensiyalardan 20 faiz tutulacağı ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığı açıqlanıb. Bu barədə ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Bildirilib ki, 2026-cı il yanvarın 1-dən etibarən baza və həmrəylik pensiyaları proqnozlaşdırılan inflyasiya səviyyəsinə uyğun olaraq 10 faiz artırılıb.

Nazirlik vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etməyi tövsiyə edib və qəsdən yalan məlumat yayanların qanunvericiliyə uyğun məsuliyyət daşıdığını xatırladıb. Qeyd olunub ki, sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən pensiyalardan 20 faiz tutulacağı ilə bağlı videoçarxlar yayılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstanda pensiyaların azaldılması ilə bağlı iddialar təkzib edilib — Fins.az — Fins.az