
Qazaxıstan yanacaq qaçaqmalçılığına qarşı sərhəd nəzarətini gücləndirəcək
Fins.az - Qazaxıstan hökuməti yanacaq qaçaqmalçılığı ilə mübarizə məqsədilə dövlət sərhədində nəzarətin gücləndirilməsi barədə göstəriş verib.
Qərara əsasən, Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti, Maliyyə Nazirliyi və Maliyyə Monitorinqi Agentliyi neft məhsullarının qanunsuz daşınması sxemlərinin aşkarlanması və qarşısının alınması istiqamətində tədbirləri artıracaq.
Bu tapşırıq Oljas Bektenov tərəfindən verilib.
Baş nazir bildirib ki, neft məhsulları daxili bazarda sabitliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır və xarici amillər fonunda bazarın etibarlı şəkildə təmin olunması vacibdir.