
Qazaxıstan referendumunda əhalinin 87%-dən çoxu yeni Konstitusiya layihəsini dəstəkləyib
Fins.az - Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə keçirilən ümumrespublika referendumunun ilkin nəticələri açıqlanıb.
Mərkəzi Referendum Komissiyasının məlumatına görə, səsvermədə ölkə daxilində və xaricdə 9 127 192 vətəndaş iştirak edib ki, bu da seçicilərin 73,12%-ni təşkil edir.
Səs verənlərin 7 954 667 nəfəri, yəni 87,15%-i yeni Konstitusiya layihəsinin qəbulunu dəstəkləyib. Bununla da referendum keçirilmiş sayılır, çünki iştirak edənlərin sayı hüququ olan seçicilərin yarısından çoxunu əhatə edib.
Əleyhinə səs verənlərin sayı 898 099 nəfər, etibarsız səs bülleteni isə 146 558 olub.