Qazaxıstan “Pax Silica” beynəlxalq təşəbbüsünə qoşulub

Qazaxıstan “Pax Silica” beynəlxalq təşəbbüsünə qoşulub

DÜNYA
185

Fins.az - Qazaxıstan region ölkələri arasında “Pax Silica” beynəlxalq təşəbbüsünə rəsmi şəkildə qoşulan ilk dövlət olub.

Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin məlumatına görə, ölkənin təşəbbüsə qoşulmasına dair bəyannaməni Baş nazirin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev imzalayıb.

Bununla yanaşı, Jaslan Madiyev “AI Opportunity Partnership” üzrə birgə bəyanata da imza atıb.

Qeyd olunur ki, bu addım Qazaxıstanın süni intellekt və rəqəmsal texnologiyalar sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstan “Pax Silica” beynəlxalq təşəbbüsünə qoşulub — Fins.az — Fins.az