Qazaxıstan neft məhsullarının ixracına qoyulan qadağanı uzatmağı planlaşdırır

Qazaxıstan neft məhsullarının ixracına qoyulan qadağanı uzatmağı planlaşdırır

DÜNYA
184

Fins.az Qazaxıstan hökuməti benzin, dizel yanacağı və bir sıra digər neft məhsullarının ixracına tətbiq olunan məhdudiyyətlərin müddətini uzatmağı planlaşdırır.

Layihəyə əsasən, 22 noyabr 2026-cı il tarixindən 22 may 2027-ci ilədək benzin, dizel yanacağı və bəzi neft məhsullarının avtomobil və dəmir yolu nəqliyyatı ilə, o cümlədən Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə ixracı qadağan ediləcək.

Bundan əlavə, 1 yanvar 2027-ci il tarixindən 30 iyun 2027-ci ilədək Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara yüngül distillatların, aviasiya kerosininin, dizel yanacağının, qazoylun, toluolun, ksilenin və neft bitumunun ixracına da qadağa tətbiq olunması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstan neft məhsullarının ixracına qoyulan qadağanı uzatmağı planlaşdırır — Fins.az — Fins.az