Qart Bruks mahnılarının hüquqlarını 2 milyard dollara sata bilər

Qart Bruks mahnılarının hüquqlarını 2 milyard dollara sata bilər

DÜNYA
177

Fins.az - Məşhur kantri musiqiçisi Qart Bruks mahnılarının hüquqlarını təxminən 2 milyard dollara satmaq imkanını nəzərdən keçirir.

Məlumata görə, sövdələşmə baş tutarsa, bu, musiqi sənayesi tarixində ən böyük müqavilələrdən biri ola bilər.

Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə “Queen” qrupunun mahnı kataloqunun hüquqları 1 milyard dollardan çox məbləğə satılmışdı.

Qart Bruks əsasən ABŞ-də böyük populyarlığa malikdir. O, 200 milyondan çox albom satışı ilə ölkə tarixinin ən çox satılan musiqiçisi hesab olunur və bu göstərici ilə “The Beatles” qrupunu geridə qoyub.

Musiqiçi eyni zamanda ABŞ-də satışları 10 milyon nüsxəni aşan 10 “brilyant” alboma sahib yeganə ifaçıdır.

Ekspertlər hesab edirlər ki, hüquqların mümkün satışı musiqi sənayesində yeni rekord yarada bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qart Bruks mahnılarının hüquqlarını 2 milyard dollara sata bilər — Fins.az — Fins.az