
Qabriel Attal 2027-ci il Fransa prezident seçkilərinə namizədliyini açıqlayıb
Fins.az - Gabriel Attal 2027-ci ildə keçiriləcək Fransa prezident seçkilərində iştirak edəcəyini elan edib.
Məlumata görə, o bu barədə Muret-de-Barrez kəndində yerli sakinlərlə görüş zamanı açıqlama verib.
Attal bildirib ki, prezident seçkilərinə namizədliyini rəsmi şəkildə irəli sürmək qərarına gəlib.
37 yaşlı siyasətçi Fransanın keçmiş baş naziri kimi tanınır və hazırda ölkənin siyasi həyatında mühüm fiqurlardan biri hesab olunur.