Putin Rusiyada koronavirusun yayılmasının pik həddindən danışdı

Putin Rusiyada koronavirusun yayılmasının pik həddindən danışdı

DÜNYA
746

“Rusiyada yeni tip koronavirusun yayılmasının pik həddi hələ keçilməyib”.

TASS-ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin Ali Şurasının bu gün onlayn formatda keçirilən iclasında deyib.

“Biz sanitar-epidemioloji vəziyyəti diqqətlə izləyirik, zəruri profilaktik və digər tədbirləri görürük”, - deyə Rusiya lideri bildirib.

V.Putin həmçinin, ölkənin bir çox regionlarında koronavirusun yayılması tempinin aşağı salınması üçün özünütəcrid rejiminin qüvvədə olduğunu bildirib.

O qeyd edib ki, ehtiyac yaranacağı təqdirdə Müdafiə Nazirliyinin hospitalları koronaviruslu xəstələrin qəbulu üçün açılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Putin Rusiyada koronavirusun yayılmasının pik həddindən danışdı — Fins.az — Fins.az