
Premyer Liqada bu gün daha iki oyun keçiriləcək
Fins.az - Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIII turunda bu gün daha iki qarşılaşma baş tutacaq.
UEFA Konfrans Liqasına vəsiqəni əvvəlcədən təmin etmiş Neftçi PFK komandası Kəpəz PFK ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq. “Neftçi” 56 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Kəpəz” isə 27 xalla onuncu sıradadır.
Turun digər oyununda Araz-Naxçıvan PFK və Zirə FK komandaları qarşılaşacaqlar.
“SOCAR Polymer Arena”da keçiriləcək matçın start fiti saat 19:00-da səslənəcək. “Zirə” 53 xalla beşinci, “Araz-Naxçıvan” isə 43 xalla altıncı pillədə qərarlaşıb.