
Premyer Liqa: “Kəpəz” autsayder “Karvan-Yevlax”a 1:4 hesabı ilə məğlub olub
Fins.az - Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunlarına start verilib.
Turun açılış matçı Yevlaxda keçirilib. “Kəpəz” səfərdə turnir cədvəlinin son pilləsində qərarlaşan “Karvan-Yevlax”la qarşılaşıb və 1:4 hesabı ilə məğlub olub.
Hazırda Gəncə təmsilçisi 21 xalla 10-cu, Yevlax klubu isə 11 xalla 12-ci (sonuncu) pillədə yer alır.
Qeyd edək ki, XXVII turun digər oyunları aprelin 11–12-də keçiriləcək.