Polşa Prezidenti yeni konstitusiya layihəsi üçün şura yaradır

Polşa Prezidenti yeni konstitusiya layihəsi üçün şura yaradır

DÜNYA
350

Fins.az - Polşa Prezidenti Karol Navrotski mayın 3-də – Konstitusiya Günündə ölkənin yeni əsas qanununun hazırlanması üçün xüsusi şura yaradacaq.

Bu barədə prezidentin mətbuat katibi Rafal Leşkeviç məlumat verib. Onun sözlərinə görə, şurada parlamentdə təmsil olunan bütün siyasi qrupların nümayəndələri və mütəxəssislər iştirak edəcəklər.

Hazırkı plana əsasən, yeni konstitusiya layihəsinin 2030-cu ilə – Navrotskinin prezidentlik müddətinin sonuna qədər hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, Polşada qüvvədə olan konstitusiya 1997-ci ildə qəbul edilib və onun yenilənməsi hazırkı prezidentin seçki kampaniyasının əsas vədlərindən biri olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Polşa Prezidenti yeni konstitusiya layihəsi üçün şura yaradır — Fins.az — Fins.az