Polşa növbəti onillikdə energetikaya $270 mlrd sərmayə qoyacaq

Polşa növbəti onillikdə energetikaya $270 mlrd sərmayə qoyacaq

DÜNYA
310

Fins.az - Polşa növbəti onillik ərzində ölkənin energetika sektoruna 1 trilyon zloty (təxminən $270 milyard) sərmayə yatırmağı planlaşdırır.

Polşa Baş naziri Donald Tuskun açıqlamasına görə, bu məbləğin 220 milyard zloty (təxminən $60 mlrd) bərpa olunan enerji və enerji saxlama sistemlərinə, 234 milyard zloty (təxminən $63 mlrd) elektrik enerjisinin çatdırılmasına, 160 milyard zloty (təxminən $43 mlrd) isə atom energetikasına yönəldiləcək.

Tusk bildirib ki, Ukrayna və Yaxın Şərqdəki münaqişələr milli təhlükəsizlik baxımından energetikanın və enerji təchizatının əhəmiyyətini daha da artırır. O əlavə edib ki, Qdanisk yaxınlığında ABŞ və Kanada tərəfdaşları ilə birlikdə yeni atom elektrik stansiyası tikilir.

Həmçinin, Polşa digər ölkələrlə birgə Avropa Komissiyasına sənaye üçün karbon emissiyaları üzrə pulsuz kvotaların müddətinin uzadılması ilə bağlı məktub göndərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Polşa növbəti onillikdə energetikaya $270 mlrd sərmayə qoyacaq — Fins.az — Fins.az