Polestar 4 sahibləri arxa şüşənin olmaması səbəbindən avtomobillərini zədələyirlər

Polestar 4 sahibləri arxa şüşənin olmaması səbəbindən avtomobillərini zədələyirlər

DÜNYA
203

Fins.az - Polestar markasının Polestar 4 elektrik kross-liftbekinin sahibləri arxa şüşənin olmaması səbəbindən parklanma zamanı avtomobilin arxa hissəsini tez-tez zədələyirlər.

2023-cü ildə təqdim olunan modelin əsas fərqləndirici xüsusiyyətlərindən biri tamamilə bağlı arxa qapı konstruksiyasıdır. Avtomobildə ənənəvi arxa şüşə yoxdur və sürücü arxa görüntünü kamera sistemi vasitəsilə izləyir.

Məlumatlara görə, alternativ görüntü sisteminin bəzi hallarda kifayət qədər rahat olmaması səbəbindən sürücülər parklanma zamanı baqaj qapağını və arxa hissəni müxtəlif maneələrə toxundururlar.

Şirkət bu dizayn həllinin baqaj həcmini artırmaq və arxa sərnişinlər üçün daha çox baş məsafəsi yaratmaq məqsədi daşıdığını bildirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Polestar 4 sahibləri arxa şüşənin olmaması səbəbindən avtomobillərini zədələyirlər — Fins.az — Fins.az