Peter Macar: Macarıstanın yeni hökuməti başqa ölkələrin işlərinə qarışmayacaq

Peter Macar: Macarıstanın yeni hökuməti başqa ölkələrin işlərinə qarışmayacaq

DÜNYA
398

Fins.az - Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn Tisza Partiyasının lideri Peter Macar ölkəsinin yeni hökumətinin digər dövlətlərin daxili işlərinə qarışmayacağını bəyan edib.

O bildirib ki, Macarıstan digər ölkələrə necə hörmətlə yanaşırsa, eyni münasibəti də qarşı tərəfdən gözləyir. Macar vurğulayıb ki, suverenliyə hörmət beynəlxalq münasibətlərin əsas prinsiplərindən biridir və yeni hökumət bu prinsipə sadiq qalacaq.

Siyasətçi qeyd edib ki, əvvəlki dövrdən fərqli olaraq, heç bir ölkənin, o cümlədən Balkan regionu dövlətlərinin daxili işlərinə müdaxilə etməyəcək.

Qeyd edək ki, aprelin 12-də keçirilən seçkilərdə Tisza Partiyası parlamentdəki 199 yerdən 138-ni qazanaraq mütləq çoxluq əldə edib və Peter Macarın baş nazir postuna gəlməsi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Peter Macar: Macarıstanın yeni hökuməti başqa ölkələrin işlərinə qarışmayacaq — Fins.az — Fins.az