Pavel Durov Apple şirkətini yenidən sərt şəkildə tənqid edib

Pavel Durov Apple şirkətini yenidən sərt şəkildə tənqid edib

DÜNYA
1,187

 Telegram-ın yaradıcısı Pavel Durov yenidən Apple şirkətini sərt şəkildə tənqid edib. O bildirib ki, Apple köhnəlmiş təchizatının alıcılara baha qiymətə satılması əsasında qurulmuş biznes modelini çox effektiv şəkildə reallaşdırır. O həmçinin əlavə edib ki, o, Telegram-ın iOS versiyasını test edən zaman sanki orta əsrlərə qayıdır. Onun sözlərinə əsasən iPhone-ların 60 Hz-lik təsvir yenilənməsinə sahib ekranları Android-də rast gəlinən 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranlarla rəqabət apara bilməzlər. Həmin Android smartfonlar daha axıcı animasiyalara sahibdirlər. Pavel Durov düşünür ki, iPhone-a sahib olmaq Apple şirkətinin rəqəmsal quluna çevrilmək deməkdir. O bu sözləri deyərək onu nəzərdə tutub ki, iPhone istifadəçilərinə yalnız Apple ekosisteminə daxil olan servislərdən istifadə etməyə icazə verilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pavel Durov Apple şirkətini yenidən sərt şəkildə tənqid edib — Fins.az — Fins.az