
Parisdə Fransa Milli Bayramı münasibətilə hərbi parad keçirilir
Fins.az - Fransanın Milli Bayramı – 14 İyul münasibətilə Parisdə, Yelisey çölləri prospektində ənənəvi hərbi parad başlayıb.
Yelisey Sarayının məlumatına görə, builki tədbir tarixi və misli görünməmiş parad kimi qiymətləndirilir. Parad ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, strateji muxtariyyət siyasəti və Avropanın təhlükəsizlik sahəsində yeni yanaşmasını nümayiş etdirməyi hədəfləyir.