
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
Fins.az - Papa XIV Leo İspaniyaya səfəri çərçivəsində bu ölkənin parlamentində çıxış edib.
O, çıxışında bildirib ki, dünya hazırda dərin mənəvi və mədəni böhran yaşayır və bu vəziyyət zorakılıq, qütbləşmə və qarşılıqlı inamsızlıq kimi hallarda özünü göstərir.
Papa vurğulayıb ki, belə bir şəraitdə sülh yalnız siyasi istək deyil, həm də əsas mənəvi zərurət kimi dəyərləndirilməlidir.
Onun sözlərinə görə, beynəlxalq birliklər və dövlətlər dialoq və qarşılıqlı hörmət əsasında yeni yanaşmalar formalaşdırmalıdır.