Pakistan XİN rəhbəri: İran 60 gün ərzində Hörmüz boğazında rüsum tətbiq etməyəcək

Pakistan XİN rəhbəri: İran 60 gün ərzində Hörmüz boğazında rüsum tətbiq etməyəcək

DÜNYA
213

Fins.az - İshaq Dar bildirib ki, İran yaxın 60 gün ərzində Hörmüz boğazından keçən gəmilərdən tranzit rüsumu tutmayacaq.

Pakistanın xarici işlər naziri bu barədə “Al Arabiya” telekanalına müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, Hörmüz boğazında vəziyyət münaqişədən əvvəlki vəziyyətə qaytarılmalı və beynəlxalq gəmiçiliyin maneəsiz fəaliyyəti təmin edilməlidir.

İshaq Dar əlavə edib ki, Çin də Hörmüz boğazından hər iki istiqamətdə hərəkət edən gəmilərin əlavə rüsumlar olmadan sərbəst keçidini dəstəkləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pakistan XİN rəhbəri: İran 60 gün ərzində Hörmüz boğazında rüsum tətbiq etməyəcək — Fins.az — Fins.az