Pakistan Maliyyə Nazirliyi defolt təhlükəsi elan edib

Pakistan Maliyyə Nazirliyi defolt təhlükəsi elan edib

DÜNYA
329

"Pakistan hökuməti defolta yol verməmək üçün neft məhsullarına subsidiyaların ayrılmasını dayandırmalıdır".

Bunu ölkənin maliyyə naziri Miftah İsmayıl bəyan edib.

Onun sözlərinə görə, hökumət qiymətləri qaldırmasa, Beynəlxalq Valyuta Fondu (BVF) Pakistanla saziş bağlamayacaq və bu, defolta səbəb ola bilər.

Xatırladaq ki, BVF may ayında xarici maliyyələşdirmə mexanizmi (EFF) çərçivəsində Pakistana 6 milyard ABŞ dolları yardım göstərilməsinin bərpasını təxirə salıb. Yardımın bərpası üçün əsas şərt kimi yanacaq və elektrik enerjisi istehsalına subsidiyaların ayrılmasının dayandırılması irəli sürülüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pakistan Maliyyə Nazirliyi defolt təhlükəsi elan edib — Fins.az — Fins.az