Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Gürcüstana dövlət səfərinə gəlib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Gürcüstana dövlət səfərinə gəlib

DÜNYA
231

Fins.az - Özbəkistan Prezidenti Şavkat Mirziyoyev nümayəndə heyəti ilə birlikdə iyulun 2-də Gürcüstana dövlət səfərinə gəlib.

Tbilisi Beynəlxalq Hava Limanında Özbəkistan liderini Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.

Daha sonra Gürcüstan Prezident Sarayında Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi keçirilib. Mərasimdə Özbəkistan Prezidentini Gürcüstan Prezidenti Mixeil Kavelaşvili qarşılayıb.

Səfər çərçivəsində tərəflərin ikitərəfli əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməsi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Gürcüstana dövlət səfərinə gəlib — Fins.az — Fins.az