
Özbəkistan Mərkəzi Bankı 2025-ci ildə 100 ton qızıl ixrac edib
Fins.az - Özbəkistan Mərkəzi Bankı 2025-ci ildə 100 ton monetar qızıl ixrac edib. Bu göstərici 2024-cü ilin səviyyəsinə uyğundur.
Bankın məlumatına görə, ötən il yerli istehsalçılardan 109 ton monetar qızıl alınıb. Qızıl ixracından əldə olunan valyuta gəlirləri pul-kredit siyasətinin həyata keçirilməsi və beynəlxalq hesablaşmaların aparılması məqsədilə istifadə olunub.