Orta Dəhlizlə yükdaşımaların həcmi son altı ildə beş dəfə artıb

Orta Dəhlizlə yükdaşımaların həcmi son altı ildə beş dəfə artıb

DÜNYA
224

Fins.az - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmi son altı ildə beş dəfə artıb.

Prezident parlament palatalarının birgə iclasında çıxışı zamanı qeyd edib ki, Qazaxıstan regionun aparıcı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməli, bunun üçün isə güclü aviasiya yanacağı təchizatı infrastrukturu formalaşdırmalıdır.

Onun sözlərinə görə, ölkə regionun əsas neft və qaz istehsalçılarından biri kimi bu sahədə mövcud potensialından səmərəli istifadə etməlidir.

Tokayev həmçinin nəqliyyat və logistika infrastrukturunun inkişafının Qazaxıstanın beynəlxalq tranzit imkanlarının daha da genişlənməsinə töhfə verəcəyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Orta Dəhlizlə yükdaşımaların həcmi son altı ildə beş dəfə artıb — Fins.az — Fins.az