
“OpenAI” ABŞ hökumətinə şirkət payının 5 faizini verməyi təklif edir
Fins.az - “OpenAI” şirkəti öz payının 5 faizini ABŞ hökumətinə vermək imkanını müzakirə edib və digər aparıcı süni intellekt şirkətlərini də oxşar təşəbbüsü nəzərdən keçirməyə çağırıb.
“Financial Times”ın məlumatına görə, təşəbbüsün məqsədi ABŞ vətəndaşlarının süni intellekt sənayesinin inkişafından əldə olunan iqtisadi faydalardan dividend şəklində yararlanmasını təmin etməkdir.
Məsələ ABŞ-də süni intellekt texnologiyalarının sürətli inkişafı nəticəsində yaranan gəlirlərin daha ədalətli bölüşdürülməsi ilə bağlı müzakirələr fonunda gündəmə gəlib.
Təklifin hələlik müzakirə mərhələsində olduğu və bununla bağlı yekun qərarın qəbul edilmədiyi bildirilir.