
OPEC+ neft hasilatı üzrə yeni proqnoz açıqlanıb
OPEC+ ölkələrinin neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cı və 2027-ci illərdə dəyişkən dinamika nümayiş etdirəcəyi proqnozlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (Enerji İnformasiya Administrasiyası) “Qısamüddətli enerji proqnozu” adlı may hesabatında qeyd olunub.
Məlumata əsasən, 2026-cı ildə OPEC+ ölkələrinin gündəlik neft və digər maye karbohidrogen hasilatı orta hesabla 35,63 milyon barel təşkil edəcək. Rüblər üzrə göstəricilər isə birinci rübdə 37,48 milyon barel/gün, ikinci rübdə 31,35 milyon barel/gün, üçüncü rübdə 34,81 milyon barel/gün, dördüncü rübdə isə 34,86 milyon barel/gün səviyyəsində olacaq.
Hesabata görə, 2027-ci ildə OPEC+ ölkələrinin hasilatının artaraq gündəlik orta hesabla 39,78 milyon barel səviyyəsinə çatacağı gözlənilir. Rüblük proqnozlara əsasən, birinci rübdə hasilat 39,72 milyon barel, ikinci rübdə 39,82 milyon barel, üçüncü rübdə 39,77 milyon barel, dördüncü rübdə isə 39,81 milyon barel təşkil edəcək.
EIA bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPECdən çıxması ilə bağlı dəyişikliklər hesabatda nəzərə alınıb və artıq OPEC göstəricilərinə BƏƏ-nin məlumatları daxil edilmir.
Agentliyin qiymətləndirməsinə görə, BƏƏ-nin ehtiyat hasilat gücünün olması fonunda OPEC-in ehtiyat istehsal gücü 2027-ci ildə gündəlik 2,5 milyon barel səviyyəsində olacaq. Bu göstərici əvvəlki 3,8 milyon barel proqnozu ilə müqayisədə aşağıdır.