
Oman sahillərində hücuma məruz qalan ticarət gəmisindən 10 nəfər xilas edilib
Fins.az - Oman Sultanlığının şərq sahilləri yaxınlığında hücuma məruz qalan ticarət gəmisindən 10 nəfər xilas edilib, bir nəfər isə itkin düşüb.
Məlumata görə, xilas olunanlar və itkin düşən şəxs Hindistan vətəndaşlarıdır.
Hadisə İran və ABŞ arasında qarşılıqlı hücumların davam etdiyi bir dövrdə baş verib. Gəminin hansı ölkənin bayrağı altında üzməsi barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Hadisənin təfərrüatları araşdırılır.