
Oman Hörmüz boğazında gəmilər üçün müvəqqəti dəhliz açıb
Fins.az - Oman Sultanlığı Hörmüz boğazından keçən gəmilər üçün müvəqqəti dəniz dəhlizi yaratdığını açıqlayıb.
Qərara əsasən, boğazdan istifadə etmək istəyən bütün gəmilər müəyyən edilmiş marşrut üzrə hərəkət edə biləcəklər.
Məlumata görə, bu addım qlobal iqtisadiyyat üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçilik azadlığının və yük daşımalarının fasiləsiz davam etməsinin təmin olunmasına yönəlib.