
Obamadan Baydenə dəstək: 7,6 milyon ianə topladı
ABŞ-ın sabiq prezidenti Barak Obama Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenə kömək edib.
B.Obamanın dəstəyi ilə Co Baydenin 2020-ci il seçki kampaniyası üçün 7,6 milyon dollar ianə toplanıb.
Obama bildirib ki, ABŞ-ı dirçəltmək üçün təkcə Co Baydenə inanır.
İzləyicilərinə Baydenin kampaniyası ilə maraqlanmaları üçün çağırış edən Obama bu günə qədər görülən işlərin yetərli olmadığını deyib.