
Nyu-Yorkda Bruklin körpüsündə yanğın baş verib
Fins.az - ABŞ-nin Nyu-York şəhərində yerləşən Bruklin körpüsündə bir neçə yanğın ocağı qeydə alınıb.
Məlumata görə, yanğınlara ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təşkil olunan atəşfəşanlıq şousu səbəb olub.
Yanğınsöndürənlər alovu qısa müddətdə söndürməyə nail olublar. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
XIX əsrdə inşa edilən Bruklin körpüsü Nyu-Yorkun ən tanınmış tarixi və memarlıq abidələrindən biri hesab olunur.