“Nvidia” və “Unitree” humanoid robotlar üçün yeni platforma təqdim edib

“Nvidia” və “Unitree” humanoid robotlar üçün yeni platforma təqdim edib

DÜNYA
914

Fins.az - ABŞ-nin “Nvidia” və Çinin “Unitree” şirkətləri humanoid robotların hazırlanması üçün nəzərdə tutulmuş “Isaac GR00T” etalon platformasını təqdim ediblər.

Yeni platforma aparat təminatı və proqram ekosistemini birləşdirərək robotların hazırlanması və öyrədilməsi prosesini sürətləndirməyə imkan verir.

Sistem təxminən 180 santimetr boya və 68 kiloqram çəkiyə malik “Unitree H2” humanoid robotu əsasında qurulub.

Platforma hərəkətlərin öyrədilməsi və məkanın qavranılması üçün 22 sərbəstlik dərəcəsinə malik manipulyatorlar, müxtəlif kameralar və sensorlarla təchiz edilib.

İstehsalçıların sözlərinə görə, yeni həll humanoid robotların inkişafını sürətləndirəcək və onların müxtəlif sahələrdə tətbiq imkanlarını genişləndirəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Nvidia” və “Unitree” humanoid robotlar üçün yeni platforma təqdim edib — Fins.az — Fins.az