
Nothing şirkəti yeni məhsullarına işarə edən video təqdim edib
Nothing şirkəti öz Youtube kanalında “What’s after Phone (1)?” adlı video təqdim edib. Təqdim edilmiş bu video ilə şirkət yaxın zamanda yeni naqilsiz qulaqlıqlarının təqdimatına işarə edib. Mukul Sharma adlı məşhur hindistanlı insayder bu məlumatı təsdiqləyib və şirkətin yeni naqilsiz qulaqlıqları barəsində bəzi məlumatları təqdim edib. Nothing tərəfindən təqdim edilmiş videoda birbaşa olaraq yeni naqilsiz qulaqlıqlar qeyd edilməyib. Videoda sadəcə olaraq piksellər vasitəsilə bulanıq formatda əks olunan kadr mövcuddur.