Nissan inkişaf etməkdə olan bazarlar üçün yeni Tekton krossoverini təqdim edib

Nissan inkişaf etməkdə olan bazarlar üçün yeni Tekton krossoverini təqdim edib

DÜNYA
190

Fins.az - Nissan inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulan yeni Tekton kompakt krossoverini təqdim edib.

Model texniki baxımdan Renault Duster ilə eyni platforma üzərində hazırlanıb və Hindistanın Çennai şəhərində yerləşən Renault Nissan zavodunda istehsal olunacaq. Yeni avtomobil əsasən Afrika və Yaxın Şərq ölkələri də daxil olmaqla müxtəlif inkişaf etməkdə olan bazarlara ixrac ediləcək.

Nissan Tekton şirkətin əvvəlki Terrano modelini əvəz edəcək. Yeni model dizayn baxımından Nissan Patrol-dan ilham alıb və daha müasir görünüşü ilə seçilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nissan inkişaf etməkdə olan bazarlar üçün yeni Tekton krossoverini təqdim edib — Fins.az — Fins.az