Nigeriya Beynəlxalq Enerji Agentliyinə tərəfdaş ölkə kimi qoşulub

Nigeriya Beynəlxalq Enerji Agentliyinə tərəfdaş ölkə kimi qoşulub

DÜNYA
259

Fins.az - Afrikanın ən böyük enerji istehsalçılarından biri və ən çox əhalisi olan Nigeriya Beynəlxalq Enerji Agentliyinə (IEA) “tərəfdaş ölkə” statusu ilə qoşulub.

IEA-nın yaydığı məlumata görə, təşkilatın İdarə Heyəti Nigeriyanın tərəfdaş ölkə kimi qəbul edilməsinə yekdilliklə razılıq verib.

Qeyd olunub ki, bu status Nigeriyanın beynəlxalq enerji əməkdaşlığında rolunu gücləndirəcək və ölkə ilə IEA arasında enerji siyasəti, bazarların inkişafı və dayanıqlı enerji keçidi sahələrində əməkdaşlığı genişləndirəcək.

Yeni tərəfdaşlıq çərçivəsində Nigeriya enerji təhlükəsizliyi və təmiz enerji sahəsində IEA ilə daha sıx əməkdaşlıq edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nigeriya Beynəlxalq Enerji Agentliyinə tərəfdaş ölkə kimi qoşulub — Fins.az — Fins.az