“Neftçi” – “Qarabağ” matçının hakimləri açıqlanıb

“Neftçi” – “Qarabağ” matçının hakimləri açıqlanıb

DÜNYA
290

Fins.az - Misli Premyer Liqasında XXI turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb.

Məlumata əsasən, qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona yan xətt hakimləri kimi Rəhman İmami, Müslüm Əliyev və Rəşad Əhmədov kömək edəcəklər.

VAR sistemində Elçin Məsiyev, AVAR funksiyasını isə Elşad Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, derbi görüşü aprelin 30-da “Palms Sports Arena”da keçiriləcək və saat 20:00-da start götürəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Neftçi” – “Qarabağ” matçının hakimləri açıqlanıb — Fins.az — Fins.az