Neft qiymətlərində artım zəifləsə də, Brent 100 dolları keçib

Neft qiymətlərində artım zəifləsə də, Brent 100 dolları keçib

DÜNYA
332

Fins.az - Bazar ertəsi axşam saatlarında neft qiymətlərində artım tempi bir qədər zəifləsə də, ümumi yüksəliş davam edir.

Londonun ICE Futures birjasında iyun ayı üzrə Brent markalı neftin fyuçersləri 6,02% və ya 5,73 dollar artaraq 100,93 dollar səviyyəsinə yüksəlib.

Eyni zamanda, Nyu-York əmtəə birjasında (NYMEX) may ayı üzrə WTI neftinin fyuçersləri də 5,81 dollar (6,02%) bahalaşaraq 102,38 dollar təşkil edib.

Qiymət artımına əsas səbəb ABŞ-nin Hörmüz boğazını blokadaya almaq qərarı ilə bağlı xəbərlərdir. ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edərək bildirib ki, ölkənin Hərbi Dəniz Qüvvələri boğaza daxil olan və ya çıxan gəmilərə qarşı blokada prosesinə başlayır.

Analitiklər qeyd edirlər ki, bu addım qlobal enerji təchizatına ciddi təsir göstərə və bazarda qiymətlərin yüksək səviyyədə qalmasına səbəb ola bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neft qiymətlərində artım zəifləsə də, Brent 100 dolları keçib — Fins.az — Fins.az