“World Press Photo – 2026” müsabiqəsinin qalibi açıqlanıb

 “World Press Photo – 2026” müsabiqəsinin qalibi açıqlanıb

DÜNYA
285

Fins.az - “World Press Photo” beynəlxalq müsabiqəsinin münsiflər heyəti 2026-cı ilin ən yaxşı fotoşəkilini seçib.

“İlin fotosu” mükafatı fotoqraf Kerol Quzinin “Miami Herald” üçün çəkdiyi “ICE tərəfindən ayrılanlar” adlı işinə verilib. Foto ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) əməliyyatı zamanı bir ailənin ayrıldığı emosional anı əks etdirir.

Şəkil 2025-ci ilin avqustunda Nyu-York məhkəməsində deportasiya işi üzrə dinləmədən sonra çəkilib. Qərardan sonra miqrant Luisin ABŞ-dən deportasiya olunması təsdiqlənib və ICE əməkdaşları onu ailəsindən zorla ayırıblar.

Mükafatlandırma mərasimi İtaliyanın Bari şəhərində keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“World Press Photo – 2026” müsabiqəsinin qalibi açıqlanıb — Fins.az — Fins.az