Navalnının xanımı Rusiyanı tərk etdi

Navalnının xanımı Rusiyanı tərk etdi

DÜNYA
469

Rusiyalı müxalifətçi bloger Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Rusiyanı tərk edib.

Fins.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Navalnayanın "Domodedovo" hava limanından Frankfurt--Mayna uçduğu bildirilir.

 

Qeyd edək ki, Aleksey Navalnı fevralın 2-də "İv Roşe" işi üzrə məhkəmə tərəfindən 3,5 illik həbsə məhkum edilib.

23, 31 yanvar və  2 fevralda Rusiyanın müxtəlif şəhərlərində Navalnıya dəstək aksiyaları keçirilib. Yuliya Navalnaya 23 yanvar mitinqində iştirak etdiyi üçün məhkəmə tərəfindən 20 min rubl cərimələnib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Navalnının xanımı Rusiyanı tərk etdi — Fins.az — Fins.az