NATO sammiti ilə əlaqədar Ankara hava limanında uçuş məhdudiyyətləri tətbiq olunacaq

NATO sammiti ilə əlaqədar Ankara hava limanında uçuş məhdudiyyətləri tətbiq olunacaq

DÜNYA
225

Fins.az - NATO Liderlər Sammiti ilə əlaqədar Ankaradakı “Esenboğa” Beynəlxalq Hava Limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq ediləcək.

Türkiyə Dövlət Hava Limanları Baş İdarəsinin məlumatına görə, məhdudiyyətlər iyulun 7-də saat 10:00-dan 18:00-dək, iyulun 8-də isə saat 14:00-dan 21:00-dək qüvvədə olacaq.

Tədbirlər NATO Liderlər Sammiti çərçivəsində təhlükəsizlik və hava hərəkətinin tənzimlənməsi məqsədilə həyata keçiriləcək.

Sərnişinlərə uçuş cədvəllərində mümkün dəyişiklikləri əvvəlcədən aviaşirkətlərdən dəqiqləşdirmək tövsiyə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
NATO sammiti ilə əlaqədar Ankara hava limanında uçuş məhdudiyyətləri tətbiq olunacaq — Fins.az — Fins.az