
NASA kosmik rəsədxananın xilas edilməsi üçün yeni peyk-buksiri orbitə buraxmağa hazırlaşır
Fins.az - NASA çərşənbə günü orbitə peyk-buksir göndərmək üçün ikinci cəhdini edəcək.
Söhbət hündürlüyünü sürətlə itirən və 20 ildən artıqdır fəaliyyət göstərən ABŞ-ın SWIFT kosmik rəsədxanasının xilas edilməsindən gedir. Rəsədxana əsasən kosmik qamma-şüa partlayışlarının tədqiqi ilə məşğuldur.
Orbitə buraxılması planlaşdırılan eksperimental LINK peyk-buksiri SWIFT-in orbitini yüksəltmək üçün istifadə olunacaq.