Motorola pilotsuz uçuş aparatlarına qarşı sistemlər hazırlayan şirkəti 1,5 milyard dollara alır

Motorola pilotsuz uçuş aparatlarına qarşı sistemlər hazırlayan şirkəti 1,5 milyard dollara alır

DÜNYA
190

Fins.az - ABŞ-nin telekommunikasiya avadanlıqları istehsalçısı Motorola Solutions pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri hazırlayan şirkəti 1,5 milyard dollara satın alacağını açıqlayıb.

Məlumata görə, tərəflər sövdələşməni 2026-cı ilin dördüncü rübündə başa çatdırmağı planlaşdırırlar.

Şirkət pilotsuz uçuş aparatlarının aşkarlanması, yerinin müəyyənləşdirilməsi və tanınması üçün həllər təqdim edir. Müvafiq qanunvericiliyin icazə verdiyi hallarda bu sistemlər icazəsiz pilotsuz uçuş aparatlarının fəaliyyətinin qarşısını almağa da imkan verir.

Qeyd olunur ki, bu texnologiyalar təhlükəsizlik sahəsində geniş istifadə olunur və müxtəlif təşkilatların hava məkanına nəzarət imkanlarını artırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Motorola pilotsuz uçuş aparatlarına qarşı sistemlər hazırlayan şirkəti 1,5 milyard dollara alır — Fins.az — Fins.az