
Monqolustanda Rusiya sərhədi yaxınlığında 6,8 bal gücündə zəlzələ baş verib
Fins.az - Monqolustanın qərb hissəsində, Rusiya sərhədinə yaxın ərazidə 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata görə, yeraltı təkan Qızıldan (Tuva) təxminən 556 kilometr cənub-qərbdə baş verib. Zəlzələnin episentri Rusiya–Monqolustan sərhədindən təxminən 400 kilometr, Monqolustan–Çin sərhədindən isə 150 kilometr məsafədə yerləşib.
Zəlzələ Moskva vaxtı ilə saat 07:23-də qeydə alınıb. Episentrdə sarsıntının gücü MSK-64 şkalası üzrə 9,1 bal təşkil edib.
Qeyd olunur ki, Monqolustan və ona yaxın bölgələrdə, o cümlədən Tuva, Altay və Buryatiya sərhədləri ətrafında bu cür seysmik hadisələr vaxtaşırı baş verir.