Monqolustan strateji yanacaq ehtiyatı üçün yeni neft anbarları tikəcək

Monqolustan strateji yanacaq ehtiyatı üçün yeni neft anbarları tikəcək

DÜNYA
330

Fins.az - Monqolustan yaxın iki il ərzində ümumi tutumu təxminən 300 min ton olan yeni neft məhsulları anbarları inşa etməyi planlaşdırır.

Məlumata görə, bu il 105 min tonluq ilk ehtiyat anbarı istifadəyə veriləcək. Növbəti ildə isə əlavə olaraq 190 min ton tutumlu yeni rezervuarın istismara başlanması nəzərdə tutulur.

Gongoryn Damdinyam bildirib ki, layihələr ölkəyə 2027-ci ildən etibarən iki aylıq istehlak ehtiyatı formalaşdırmağa imkan verəcək. Gələcəkdə isə strateji ehtiyatların üç-dörd aylıq səviyyəyə çatdırılması hədəflənir.

Ölkədə neft məhsullarına tələbatın sürətlə artdığı qeyd olunur. Buna görə də yeni anbarların tikintisi enerji təhlükəsizliyi və mümkün yanacaq çatışmazlığının qarşısının alınması baxımından vacib hesab edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Monqolustan strateji yanacaq ehtiyatı üçün yeni neft anbarları tikəcək — Fins.az — Fins.az