Moldova 2025-ci ilin ilk həftəsində elektrik enerjisinə 15 milyon avrodan çox xərcləyib

Moldova 2025-ci ilin ilk həftəsində elektrik enerjisinə 15 milyon avrodan çox xərcləyib

DÜNYA
460

Finss.az - 2025-ci ilin əvvəlindən Moldova, Rusiyadan qaz tədarükü dayandırıldıqdan sonra elektrik enerjisi almağa 15 milyon avrodan çox vəsait sərf edib.

Bu məbləğ ilin ilk 10 günü ərzində sərf olunub. Elektrik enerjisi alışı, Moldova tərəfindən iki tərəfli sazişlər və Rumıniyada yerləşən OPCOM ticarət birjası vasitəsilə həyata keçirilib.

"Qazprom" şirkəti, 2025-ci ilin yanvar ayının 1-dən etibarən Moldova ilə qaz tədarüklərini dayandırıb. Bu qərar, Kişinyovun müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi və 709 milyon dollarlıq qaz borcunu ödəməkdən imtina etməsi səbəbindən qəbul edilib.

Ukrayna, Rusiyanın qazını öz ərazisindən tranzit etməkdən imtina etdikdən sonra, Pridnestrovyə də qaz tədarükü dayandırılıb. Bu vəziyyət, Moldova üçün əlavə enerji təminatını daha da çətinləşdirib və enerji tədarükünün diversifikasiyasını zəruri edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Moldova 2025-ci ilin ilk həftəsində elektrik enerjisinə 15 milyon avrodan çox xərcləyib — Fins.az — Fins.az