
Misirdə 15 ilin ən böyük neft-qaz yatağı aşkarlanıb
Fins.az - Misirin Qərbi Səhrə regionunda böyük neft-qaz yatağı aşkar edilib.
Bu barədə ölkənin Neft və Mineral Sərvətlər Nazirliyi məlumat yayıb.
İlkin hesablamalara görə, yeni yatağın ehtiyatları təxminən 330 milyard kubfut təbii qaz, 10 milyon barel kondensat və xam neft daxil olmaqla ümumilikdə 70 milyon barel neft ekvivalentinə bərabərdir.
Yataq Eni ilə Misir Dövlət Neft Korporasiyasının birgə layihəsi olan Agiba Petroleum tərəfindən aşkar edilib.