
Mirra Andreeva “Rolan Qarros”un yarımfinalına yüksəlib
Fins.az - Rusiyalı tennisçi Mirra Andreeva Fransa Açıq Çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
O, dörddəbir finalda rumıniyalı Sorana Cîrstea üzərində 6:0, 6:3 hesabı ilə qələbə qazanıb.
Görüş cəmi 56 dəqiqə davam edib.
Finala çıxmaq uğrunda Mirra Andreeva ukraynalı tennisçilər Elina Svitolina və Marta Kostyuk arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.